22:45 21-10-2021
news_image
453
FUTBOL

“Qarabağ” - “Kayrat”: 71:29 - STATİSTİKA

“Qarabağ”ın “Kayrat”la matçının statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda Azərbaycan təmsilçisi əzmkar qələbə qazanıb - 2:1.

Statistikaya nəzər yetirdikdə “Qarabağ”ın qələbə layiq olduğu görünür. Qazaxıstan klubu yalnız çərçivəyə düşməyən zərbəyə və kobudluğa görə komandamızı üstələyib. Digər bütün göstəricilərdə “Qarabağ”ın böyük üstünlüyü olub.

“Qarabağ” – “Kayrat”
Qollar – 2:1
Zərbələr - 15:9
Çərçivəyə zərbələr – 6:3
Çərçivəyə düşməyən zərbələr – 2:4
Bloklanan zərbələr – 7:2
Künc zərbələri – 10:3
Oyundankənar vəziyyət - 2:0
Topa sahibolma faizi – 71:29
Ötürmələr – 577:182
Dəqiq ötürmələr – 508:121
Ötürmələrin dəqiqlik faizi – 88:66
Sarı vərəqələr – 2:2
Qayda pozuntuları - 15:19