00:52 22-10-2021
news_image
406
FUTBOL

“Bazel” sensasiyaya imkan vermədi

Konfrans Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yer aldığı H qrupunun digər oyunu keçirilib.

“Qarabağ”la bərabər qrupun favoritlərindən olan “Bazel” “Omoniya”nı qəbul edib. Kipr təmsilçisini doğma arenasında üstələyən isveçrəlilər xallarının sayını 7-yə çatdırıb və qrupda daha çox qol vurduğu üçün liderliyi ələ keçirib.

Qeyd edək ki, “Qarabağ” bu gün Bakıda “Kayrat” üzərində 2:1 hesablı qələbə qazanıb.

Konfrans Liqası
H qrupu, III tur
“Bazel” – “Omoniya” – 3:1

Millar, 19, Artur, 41 (pen.), Jeqova, 88 – Qomes, 27 (pen.)

1

Bazel

3

2

1

0

7-3

7

2

Qarabağ

3

2

1

0

6-2

7

3

Kayrat

3

0

1

2

3-6

1

4

Omoniya

3

0

1

2

2-7

1