00:54 22-10-2021
news_image
911
FUTBOL

Mahir Emrelinin komandası böyük hesabla uduzdu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Avropa Liqasında 3-cü oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi Neapolda “Napoli”nin qonağı olub.

İlk iki turda qələbə qazanan polşalılar seriyanı İtaliyada davam etdirə bilməyib. “Napoli” son 15 dəqiqədə vurduğu qollar sayəsində 3:0 hesablı qələbə qazanıb. Matça ehtiyatda başlayan Emreli isə 71-ci dəqiqədə, hesab 0:0 olarkən meydana daxil olub.

Məğlubiyyətə baxmayaraq, “Legiya” 6 xalla qrup liderliyini davam etdirir. “Napoli” isə “Lester”lə birlikdə 2-cü yerləri (4 xal) bölüşdürür.

Avropa Liqası
C qrupu, III tur
“Napoli” – “Legiya” – 3:0

İnsinye, 76, Osimxen, 80, Politano, 90+5