08:35 22-10-2021
news_image
117
FUTBOL

Konfrans Liqasında seçilən 4 futbolçu kimlərdir?

Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, III tur matçlarından sonra UEFA ən yaxşı olmağa iddialıları açıqlayıb.

Həmişə olduğu kimi, yenə 4 futbolçu fərqləndirilib. Həftənin ən yaxşısı Erik Botheym (“Bodo Qlimt”), Qavriel Kaniçovski (“Makkabi”, Təl-Əviv), Ruano Sappinen (“Flora”) və Brayan Linssendən (“Feyenoord”) biri seçiləcək.

Qeyd edək ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda “Kayrat” üzərində 2:1 hesablı qələbə qazanıb.