11:08 22-10-2021
news_image
257
FUTBOL

Qazaxıstanda Kurban Berdıyevi istefaya səslədilər

“Kayrat”ın Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlubiyyəti qazaxıstanlı azarkeşləri qəzəbləndirib.

Apasport.az saytının məlumatına görə, yerli fanatlar Bakıda 1:2 hesablı yenilginin yeganə günahkarı baş məşqçi Kurban Berdıyevi görür.

Bir qrup fanat etirazını klubun bazasına toplaşaraq edibsə, əksəriyyət sosial şəbəkə vasitəsilə fikrini yazıb. Komandanın 5-li müdafiə xətti ilə oynaması, matçı əsasən müdafiədə keçirməsi və topa sahib olmanın 29 faiz olması azarkeşləri heç də məmnun salmayıb. Onlar çıxış yolunu Kurban Berdıyevin istefasında görüb və rəhbərliyi təcrübəli mütəxəssislə yolları ayırmağa çağırıb.

Qeyd edək ki, 3 turdan sonra “Qarabağ”ın aktivində 7, “Kayrat”da isə 1 xal var.