22:02 22-10-2021
news_image
227
FUTBOL

Haland onunla maraqlanan klublara tələbini açıqladı

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland onunla maraqlanan klublara şərtlərini bildirib.

Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü astronomik məbləğdə maaş qarşılığında nəhənglərdən birinə keçmək niyyətindədir.

21 yaşlı forvard mövsümün sonunda keçəcəyi yeni komandasında illik məvacibinin 36 milyon avro olmasını istəyir. Bu tələbi qarşılayacaq tərəf onu heyətinə qatmağa bir addım yaxın olacaq.

Qeyd olunur ki, Erlinq Halandın transferində “Mançester Yunayted”, “Real”, “Barselona”, “Çelsi”, “Mançester Siti” və “Bavariya” maraqlıdır.