11:53 22-10-2021
news_image
135
FUTBOL

“Çelsi” Lukakunu itirdi

“Çelsi” hücumçusu Romelu Lukakunun xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsində “Malmö” ilə qarşılaşmada zədələnib.

4:0 hesabı ilə qalib gəldikləri matçın 23-cü dəqiqəsində ayağından xəsarət alaraq əvəzlənən Lukakunun topuq əzələsinin dartıldığı açıqlanıb. Həkimlər 28 yaşlı futbolçunun 3 həftə kollektivdən uzaq qalacağını bildirib. O, milli komandaların oyunları üçün noyabrda yaranacaq fasilədən sonra sıraya dönəcək.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb, 3 qol vurub.