11:57 22-10-2021
news_image
103
FUTBOL

“Real”ın zədəliləri “El Klasiko”ya hazırdır

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının X turunda “Barselona”ya qarşı keçiriləcək oyun öncəsi komandasının hazırlıq durumundan bəhs edib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “El Klasiko”ya tam hazır olduqlarını bildirib.

O, hətta zədəli Eden Azarın da düşərgəyə döndüyünü və bu matçda iştirakının mümkün olduğunu söyləyib: “Komanda əla hazırlıq keçir. Eden Azar və Dani Karvahal yenidən məşqlərə başlayıb. Çempionlar Liqasında Donetsk “Şaxtyor”u ilə görüşdə problemlərimiz olsa da, “El Klasiko”ya yaxşı vəziyyətdə çıxacağıq. “Barselona”ya qarşı oyunlar həmişə çətin olsa da, rəqib üçün də vəziyyət belədir”.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu oktyabrın 24-də “Nou Kamp”da keçiriləcək.