12:46 22-10-2021
news_image
612
FUTBOL

“Mahir Emreli tamaşaçıları dəhşətə gətirdi” - ən yüksək balı aldı

İtaliya mətbuatı Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən “Napoli” – “Legiya” oyununu dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, yerli KİV ev sahiblərinin 3:0 hesabı ilə qalib gəldikləri matçda ən həyəcanlı anı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yaratdığını yazıb.

76 dəqiqə inamla müdafiədə “oturan” “Legiya”da Emrelinin dirəkdən dönən zərbəsinin həlledici olduğu vurğulanıb: “Mahir Emreli “Dieqo Maradona” stadionuna toplaşan tamaşaçıları dəhşətə gətirdi. Bu, həlledici an oldu. Çünki bir neçə saniyə sonra “Napoli” ilk qolu vurdu”.

Futbolçuların çıxışını dəyərləndirən həmkarlarımız 71-ci dəqiqədə meydana daxil olan Mahiri “Legiya”nın ən yaxşılarından biri sayıb. İtalyanlar Varşava təmsilçisində Emreli də daxil olmaqla 6 oyunçunun çıxışını 6 balla qiymətləndirib ki, bu, ən yüksək göstəricidir.

Qeyd edək ki, “Legiya” məğlubiyyətə baxmayaraq, 6 xalla qrup liderliyini davam etdirir.