13:09 22-10-2021
news_image
186
FUTBOL

Felipe Melo “Qalatasaray”a qayıdır

“Palmeyras”ın yarımmüdafiəçisi Felipe Melonun karyerasını yenidən Türkiyədə davam etdirməsi gözlənilir.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı braziliyalı sabiq komandası “Qalatasaray”a qayıtmaq üzrədir.

Braziliya mətbuatı yanvarın 1-də azad agent statusu daşıyacaq Melonun qış fasiləsində “cim-bom”a dönəcəyini yazıb. Futbolçunun meneceri Leo Kornakinin İstanbula yollanaraq “Qalatasaray”ın bazasını gəzməsi və oradan şəkil paylaşması tərəflər arasında razılıq əldə olunmasına işarədir. Melonun hətta “sarı-qırmızılılar”da yenidən 10 nömrəli formanı geyinəcəyi vurğulanıb.

Qeyd edək ki, Felipe Melo 2011-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.