17:03 22-10-2021
news_image
1072
FUTBOL

“Qarabağ” rekordunu yenilədi

“Qarabağ” avrokuboklarda rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qitəmiqyaslı turnirlərin qrup mərhələsinə üç məğlubiyyətsiz oyunla başlamaqla klub tarixinin ən uğurlu startına nail olub.

2014-cü ildən qrup mərhələlərinin daimi iştirakçısı olan Azərbaycan klubu cari mövsümədək ilk 3 qarşılaşmada 4-dən artıq xal toplamayıb. Konfrans Liqasının “Bazel” (0:0), “Omoniya” (4:1) və “Kayrat”la (2:1) görüşləri isə 7 xalla yekunlaşıb.

Əvvəlki 7 startla müqayisədə həm xal, həm top fərqi, həm də məğlubiyyətsizlikdə rekord qeydə alınıb. Vurulan qol sayı isə 2 il əvvəlki qədər olub.

Qeyd edək ki, “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqası, 2021/22 mövsümündə Konfrans Liqasında, digər 6 ildə isə Avropa Liqasında oynayıb.

“Qarabağ” qrup mərhələlərinin ilk üç oyununda:

2014/15

3

1

1

1

1-2

4

2015/16

3

1

0

2

2-4

3

2016/17

3

1

1

1

5-7

4

2017/18

3

0

1

2

1-8

1

2018/19

3

0

0

3

0-6

0

2019/20

3

1

1

1

6-6

4

2020/21

3

0

0

3

3-8

0

2021/22

3

2

1

0

6-2

7