14:12 22-10-2021
news_image
430
FUTBOL

Kevin Medina: “...arxasında hansısa cinayət dayanır”

“Fantastik gecə. Hər şey illüziyadır, ona görə də xoşumuza gələn illüziyaları saxlayaq”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın müdafiəçisi Kevin Medinaya məxsusdur.

Kolumbiyalı müdafiəçi Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat” üzərində qazanılan əzmkar qələbədən sonra instaqram səhifəsindən paylaşımlar edib.

O, 2:1 hesablı qələbəni bu cür xarakterizə edib: “Deyirlər ki, hər bir sərvətin arxasında hansısa cinayət dayanır. Sərvət nə qədər böyükdürsə, cinayət də bir o qədər böyükdür. Amma bu haqda heç nə bilmirəm. Görünür, bunu deyən adam heç vaxt sərvət qazanmayıb. Həyatda önəmli olan hədəflərin olması və onların arxasınca getməkdir”.

Qeyd edək ki, Kevin Medina ötən ilin yayından “Qarabağ”da çıxış edir.