14:25 22-10-2021
news_image
902
FUTBOL

İqor Ponomaryov “Sabah” üçün namizədlərini rəhbərliyə təqdim etdi

Ramin Quliyevlə yollarını ayıran “Sabah” yeni baş məşqçi axtarışını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, bu işdə klubun Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov xüsusi fəallıq göstərir.

Əldə etdiyimiz məlumata görə, klub rəsmisi baş məşqçi postuna layiq bildiyi 3 mütəxəssisin adını rəhbərliyə təqdim edib. O, Əsgər Abdullayev, Vladislav Qədirov və ya Vaqif Sadıqovun bu posta gətirilməsinin tərəfdarıdır. Lakin paytaxt təmsilçisi qərar verməyə tələsmir.

Ən azı sabah “Sumqayıt”la matça qədər yeni çalışdırıcının adının müəyyənləşməsi gözlənilmir. Çox güman ki, komandanı köməkçi-məşqçi İlkin Hüseynov meydana çıxaracaq.