16:02 22-10-2021
news_image
136
FUTBOL

“Borussiya” Halandı itirdi

Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu Erlinq Haland sıradan çıxıb.

Bu barədə baş məşqçi Marko Roze məlumat verib. Onun sözlərinə görə, Norveç millisinin üzvü məşq zamanı ayağından xəsarət alıb. 21 yaşlı forvardın zədəsinin ciddi olduğu bir neçə həftə komandadan ayrı qalacağı açıqlanıb.

Qeyd edək ki, Bundesliqanın IX turu çərçivəsində sabah “Arminiya” ilə səfər oyununu “Borussiya”nın müdafiəçisi Toma Menye də zədə səbəbindən buraxacaq.