16:09 22-10-2021
news_image
251
FUTBOL

“Səbail” qapıçısı ilə vidalaşdı

“Səbail” qapıçı Şahin Zəkiyevlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, cari mövsüm meydana çıxmayan Şahin Zəkiyev cəmi 2 oyunda ehtiyatda oturub.