19:58 22-10-2021
news_image
122
FUTBOL

Liderlər itkisiz irəliləyir

Futzal üzrə Yüksək Liqada IV turun oyunları keçirilib.

Apasport.az saytını məlumatına görə, turun 4 matçının hamısı Olimpik Starda baş tutub.

Turun mərkəzi oyununda EKOL medallara iddialı “Baku Fire”i məğlub edib. Son çempion “Araz-Naxçıvan” isə Çempionlar Liqası öncəsi autsayderlərdən olan “Xilə”yə qalib gəlib. İtkisiz yoluna davam edən EKOL və “Araz-Naxçıvan” liderliyi bölüşürlər.

İki debütantın duelində “Alyans” U-19-u məğlub edib. “Alyans” bununla ilk xallarını qazanıbsa, U-19 xalsız qalan yeganə komandadır.

Yüksək Liqa
IV tur
22 oktyabr
“Record club.az” – “Neftçi” İK İB – 3:5
Qollar:
Matin Qahremani, 19:31, Hasan Ali Jafari, 20:13, 35:22 (pen) - Oruc Baxşəlizadə, 09:03, Kənan Manafov, 12:42, 19:02, Adil İsmayılov, 19:51, 31:09

“Alyans” (Lənkəran) – U-19 – 6:5
Qollar:
Saeid Azimi, 0:25, Oktay Rüstəmli, 7:08, 39:50, Tofiq Məlikov, 22:00, 38:14, İlham Allahverdiyev, 35:53 - Xəzər Ağalızadə, 10:26, 38:48, 39:48, Nurlan Məmmədov, 16:55, Fuad Məmmədzadə, 21:32
 
“Baku Fire” – EKOL – 1:8
Qollar:
Renat Sultanov, 37:20 - Samir Həmzəyev, 8:05, Fərid Ələkbərov, 10:39, 19:59, 28:32, Fərid Atakişiyev, 18:31, Namiq Məmmədkərimov, 24:48, 35:26, Əsgər Abasov, 29:54

“Araz-Naxçıvan” – “Xilə” - 9:1
Qollar: David Qustavo, 13:45, Felipinyo, 13:55, 18:25, 21:29, Maneka, 16:03, 39:15, Xətai Bağırov, 28:23, Nurlan Mehdizadə, 34:31, 38:04 - Fərid Səmədzadə, 6:38