23:17 22-10-2021
news_image
161
FUTBOL

Xavidən etiraf: “Təklif gəlsə, dəyərləndirəcəyəm”

Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi Ernandes “Barselona”nı çalışdırmaq arzusunu növbəti dəfə dilə gətirib.

Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına bu barədə danışan 41 yaşlı mütəxəssis bir gün mütləq doğma komandasına qayıdacağını bildirib.

Xavi bunun üçün danışıq aparmağa hazır olduğunu söyləyib: “Mənim arzum “Barselona”nı çalışdırmaqdır, bunu heç vaxt gizlətməmişəm. Belə bir şeyin nə vaxt olacağını bilmirəm. Əgər təklif gəlsə, mütləq dəyərləndirəcəyəm. Ancaq “Əl-Sədd” klubunda çalışdığım üçün də fəxr edirəm".

Qeyd edək ki, “Barselona” rəhbərliyi hazırkı baş məşqçi Ronald Kumanla yolları ayırıb, bu posta məhz Xavini gətirmək niyyətindədir.