12:13 24-10-2021
news_image
108
FUTBOL

Biri qalır, biri gedir

“İnter” iki futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçilər Nikolo Barrella və Marselo Brozoviçin komandada qalıb-qalmayacağına aydınlıq gəlib.

“Neradzurra” Barrella ilə yeni müqavilə məsələsində son danışığı yekunlaşdırmaq üzrədir. 5 illik sazişə qol çəkməsi gözlənilən İtaliya millisinin 24 yaşlı oyunçusunun illik məvacibi 5 milyon avro təşkil edəcək.

Brozoviç isə mövsümün sonunda komandasını dəyişəcək. Xorvatiya yığmasının üzvü mövsümün sonunda başa çatacaq müqaviləsinin yenilənməsi üçün ilinə 6 milyon avro maaş istəyib. Bu isə milanlıları qane etmir. Buna görə də, “İnter”in qış fasiləsində Brozoviçi satmağa çalışacaq. Hazırda onun xidmətində “Atletiko” maraqlıdır.

Qeyd edək ki, Brozoviç 2015-ci ildən, Barrella isə 2020-ci ildən “İnter”in formasını geyinir.