10:05 23-10-2021
news_image
96
FUTBOL

Azarkeşlərə görə oyun gec başladı

Fransa Liqa1-nin açılış oyununda problem yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Sent-Etyen” – Anje” matçı təyin olunan vaxtdan bir saat gec başlayıb.

Buna səbəb tribunalarda baş verən iğtişaşlar olub. “Joffrua Qişar” stadionunda keçirilən görüş başlamazdan əvvəl ev sahiblərinin fanatları məşəl yandıraraq, onları meydana atıblar. Bir neçə məşəl qapı toruna ciddi ziyan vurub. Bu üzdən matçın startı bir saat yubanıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.