10:22 23-10-2021
news_image
177
FUTBOL

Xavidən baş məşqçi kimi 7-ci titul

“Barselona”nın əfsanəvi futbolçusu Xavi Ernandesin çalışdırdığı “Əl-Sədd” növbəti kubokunu qazanıb.

Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda Qətər Əmiri Kuboku uğrunda görüşdə “Əl-Rayyan”ı məğlub edib.

Əsas vaxtı 1:1 hesabı ilə nəticələnən matçın penaltilər seriyasında daha dəqiq olan “Əl-Sədd” (5:4) kuboku muzeyinə aparıb. Bu, ispaniyalı mütəxəssisin baş məşqçi kimi 7-ci tituludur. Buna qədər “Əl-Sədd” Xavinin rəhbərliyi altında iki dəfə Qətər Vəliəhdi Kubokunu, iki dəfə Qətər çempionluğunu, bir dəfə Şeyx Yassim Kubokunu, bir dəfə də Qətər Ulduzları Kubokunu qazanıb.

Qeyd edək ki, Xavinin tezliklə “Barselona”nın sükanı arxasına keçməsi gözlənilir.