11:43 23-10-2021
news_image
119
FUTBOL

Salah yeni müqavilə haqda: “Buna əsəbləşərdim”

“Liverpul”un hücumçusu Məhəmməd Salah yeni müqavilə ilə bağlı məsələyə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, komandanın lideri buna hazır olduğunu söyləyib.

Misir millisinin üzvü hər şeyin rəhbərlikdən asılı olduğunu söyləyib: “Məndən soruşsanız, futbolçu karyeramın sonuna qədər burada qalmaq istərdim. Amma bu, tək mənim qərarımdan asılı deyil. Klubun nə istədiyini anlamaq lazımdır. “Liverpul”a qarşı oynayacağım anı heç vaxt təsəvvür edə bilmirəm. Buna əsəbləşərdim. Çətindir, bu haqda danışmaq istəmirəm. Görək bundan sonra nələr olacaq”.

Qeyd edək ki, bu mövsüm 11 oyunda 12 qol vuran Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.