12:08 23-10-2021
news_image
126
FUTBOL

Yığmamızın oyunu portuqaliyalı hakimlərə əmanət

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün qrupda ikinci oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, İtaliyada yerli komandaya qarşı keçiriləcək matçın hakimləri açıqlanıb.

Qarşılaşmanı portuqaliyalı Teresa Alis Pimenta Oliveyra idarə edəcək. Ona həmyerlisi Sara Diana Pereyra Alves və şimali irlandiyalı Viktoriya Finlay köməklik göstərəcək. Şimali İrlandiyalı digər referi Luiza Tomson isə 4-cü hakim funksiyasını icra edəcək. 
Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.