14:32 24-10-2021
news_image
171
FUTBOL

Türkiyə klublarının ev darmadağınları - “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”...

Türkiyə klublarının avrokuboklar tarixində ən böyükhesablı ev məğlubiyyətlərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə mətbuatı “Beşiktaş”ın Çempionlar Liqasının qrup mərhələsində “Sportinq”ə 1:4 hesablı yenilgisindən sonra darmadağınları dərc edib.

Maraqlıdır ki, “Beşiktaş”ın son matçı bu siyahıya düşə bilməyib. Çünki 12 matçdan ibarət cədvəldə 4 və daha çox top fərqli məğlubiyyətlər yer alıb.

“Qalatasaray” – “Real” – 1:6
Çempionlar Liqası: 17 sentyabr 2013-cü il

“Kayseri Erciyesspor” – “Atletiko” – 0:5
UEFA Kuboku: 4 oktyabr 2007-ci il

“Qalatasaray” – “Çelsi” – 0:5
Çempionlar Liqası: 20 oktyabr 1999-cu il

“Beşiktaş” – “Dinamo” (Kiyev) – 0:5
Çempionlar Kuboku: 14 mart 1987-ci il

“Fənərbaxça” – “Kann” – 1:5
UEFA Kuboku: 27 sentyabr 1994-cü il

“Qalatasaray” – “Anderlext” – 1:5
Kuboklar Kuboku: 3 noyabr 1976-cı il

“Trabzonspor” – “Napoli” - 0:4
Avropa Liqası: 19 fevral 2015-ci il

“Bursaspor” – “Valensiya” – 0:4
Çempionlar Liqası: 14 sentyabr 2010-cu il

“Fənərbaxça” – “Milan” – 0:4
Çempionlar Liqası: 23 noyabr 2005-ci il

“Ankaraspor” – “Dubnitsa” – 0:4
İntertoto Kuboku: 2 iyul 2005-ci il

“Beşiktaş” – “Ayaks” - 0:4
Kuboklar Kuboku: 2 noyabr 1993-cü il

“Fənərbaxça” – “Karl Zeyss Jena” – 0:4
Çempionlar Kuboku: 16 sentyabr 1970-ci il