13:53 23-10-2021
news_image
87
FUTBOL

Rabyo sağaldı

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo koronavirusdan sağalıb.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünün testi neqatif çıxıb.

26 yaşlı orta sahə oyunçusu oktyabrın 7-də koronavirusa yoluxub. Artık kollektivlə birlikdə məşqlərə başlayan futbolçu A seriyasının IX turu çərçivəsində sabah “İnter”lə matçda məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Adrien Rabyo bu mövsüm “Yuventus”un heyətində 7 oyunda 1 məhsuldar ötürmə verib.