10:08 25-10-2021
news_image
130
FUTBOL

Böyük klub məşqçiləri sıraya düzüldü - böyükhesablı məğlubiyyətlər

Avropanın böyük klublarında çalışmış tanınmış məşqçilərin aldıqları ən böyükhesablı məğlubiyyətlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 9 mütəxəssisin adı yer alıb.

Son olaraq dünən "Mançester Yunayted" Premyer Liqa çərçivəsində doğma arenasında "Liverpul"a 0:5 hesabı ilə yenilib. Bu isə Ole-Qunnar Sulşerin "qırmızı şeytanlar"ın postunda ikinci belə darmadağınıdır.

Joze Mourinyonun çalışdırdığı “Roma” isə ötən həftə Konfrans Liqasının qrup mərhələsində “Bodo Qlimt”ə 1:6 hesabı ilə uduzub. Bununla portuqaliyalı məşqçilik karyerası ərzində ilk dəfə bir matçda 6 qola üzülüb.

Joze Mourinyo
29 noyabr 2010. “Barselona” – “Real” – 5:0
21 oktyabr 2021. “Bodo Qlimt” – “Roma” – 6:1

Pep Qvardiola
29 aprel 2014. “Bavariya” – “Real” – 0:4
19 oktyabr 2016. “Barselona” – “Mançester Siti” – 4:0
15 yanvar 2017. “Everton” – “Mançester Siti” – 4:0

Zinəddin Zidan
23 dekabr 2017. “Real” – “Barselona” – 0:3
18 sentyabr 2019. PSJ – “Real” – 3:0
8 noyabr 2020. “Real” – “Valensiya” – 1:4

Arsen Venger
28 avqust 2011. “Mançester Yunayted” – “Arsenal” – 8:2
22 mart 2014. “Çelsi” – “Arsenal” – 6:0

Yurgen Klopp
27 oktyabr 2006. “Maynz” – “Verder” – 1:6
9 sentyabr 2017. “Mançester Siti” – “Liverpul” – 5:0
4 oktyabr 2020. “Aston Villa” – “Liverpul” – 7:2

Aleks Ferqyuson
20 oktyabr 1996. “Nyukasl” – “Mançester Yunayted” – 5:0
3 oktyabr 1999. “Çelsi” – “Mançester Yunayted” – 5:0
23 oktyabr 2011. “Mançester Yunayted” – “Mançester Siti” – 1:6

Karlo Ançelotti
7 fevral 2015. “Real” – “Atletiko” – 0:4
23 may 2021. “Mançester Siti” – “Everton” – 5:0

Dieqo Simeone
24 okthabr 2018. “Borussiya” (Dortmund) – “Atletiko” – 4:0
21 oktyabr 2020. “Bavariya” – “Atletiko” – 4:0

Ole-Qunnar Sulşer
4 oktyabr 2020. “Mançester Yunayted” – “Tottenhem” – 1:6
24 oktyabr 2021. "Mançester Yunayted" - "Liverpul" - 0:5