15:47 23-10-2021
news_image
102
FUTBOL

“Barselona” “El Klasiko”ya 3 itki ilə çıxacaq

“Barselona” İspaniya La Liqasının X turunda “Real”la keçiriləcək oyunun iştirak ərizəsini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “El Klasiko”ya 3 itki ilə çıxacaq.

Baş məşqçi Ronald Kuman müdafiəçi Ronald Arauxo, yarımmüdafiəçilər Pedri və Usman Dembeleni qarşılaşmanın “23-lüy”ünə daxil etməyib. Buna səbəb adıçəkilən oyunçuların zədədən əziyyət çəkməsidir. Əvəzində oyunda iştirakı sual altında olan müdafiəçi Jordi Alba sifariş olunub.

Qeyd edək ki, sabah “Nou Kamp”da keçiriləcək “Barselona” – “Real” görüşü Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.