16:02 23-10-2021
news_image
100
FUTBOL

Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya göndərdi

Futzal üzrə Çempionlar Liqasının final mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” iştirak ərizəsini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu həlledici mərhələ üçün 19 oyunçunun adını UEFA-ya göndərib.

“Araz-Naxçıvan” 6-cı qrupda “Uraqan” (Ukrayna), "Liqeni" (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) ilə üz-üzə gələcək. Qrup matçları 28-31 oktyabrda Ukraynada keçiriləcək.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli, Cavad Məmmədov
Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borqes, Hadi Ahmadi, Oruc Baxşəlizadə
Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Felipinyo, Nurlan Mehdizadə, Eşhaq Şoorqali
Baş məşqçi: Joze Alesio da Silva