18:06 23-10-2021
news_image
232
FUTBOL

Vüsal İsgəndərli komandasına qələbə qazandırdı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə TFF I liqasında növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin komandası “Keçiörengücü” X turda “İstanbulspor”u qəbul edib.

Matça ehtiyatdan başlayan Vüsal 61-ci dəqiqədə, hesab 1:1 olarkən meydana daxil olub. Məhz onun 90+7-ci dəqiqədə vurduğu qol “Keçiörengücü”yə 3:2 hesablı kritik qələbə qazandırıb.

Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran “Keçiörengücü” turnir cədvəlində sonuncu pillədən qurtulub.