13:25 24-10-2021
news_image
83
FUTBOL

Mirabdulla Abbasov: "Qələbədə pay sahibi olduğum üçün çox şadam"

“Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın VIII turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gələn “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib.

Komandasının qələbə topunu vurmaqla bu mövsüm ilk qoluna imza atan futbolçu sevincini gizlətməyib.

“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub: “Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram” (neftchi.az).