16:57 24-10-2021
news_image
135
FUTBOL

Millimizin üzvü Ukraynada qol vurdu, vərəqə aldı, əvəzləndi

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, onun komandası “Minay” XII turda “Rux”un qonağı olub.

Lvovda baş tutan qarşılaşmada start heyətində meydana çıxan Əhmədzadə 12-ci dəqiqədə hesabı açıb. Buna baxmayaraq, “Minay” üstünlüyü ikinci hissədə əldən verib. 4 qolun vurulduğu matç 2:2 hesabı ilə başa çatıb. 62-ci dəqiqədə sarı vərəqə alan Rüstəm komandası 2:1 hesabı ilə öndə olarkən 71-ci dəqiqədə əvəzlənib.

Heç-heçə sayəsində xallarının sayını 8-ə yüksəldən “Minay” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır.