20:54 25-10-2021
news_image
863
FUTBOL

“Qarabağ” mövsümdə ilk məğlubiyyətini “Səbail”dən aldı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, bununla ikinci dövrənin birinci turuna yekun vurulub.

Bu mövsüm uduzmayan lider “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Səbail”in qonağı olub. 4 turdur məğlubiyyətləri sıralayan “Səbail” tilsimi güclü rəqibi önündə qırıb. Matça sürpriz başlanğıc edən Aftandil Hacıyevin yetirmələri gözlənilmədən fasiləyə 2 top fərqi ilə öndə yollanıb.

Ağdamlılar ikinci yarıda qollardan birinin əvəzini çıxa bilib. Lakin Qurban Qurbanovun yetirmələrinin bərabərlik topuna gücü çatmayıb. Əksinə, son dəqiqələrdə ev sahibləri 3-cü qolu da vurub. Beləliklə, bakılılar texniki qələbəni saymasaq, ilk dəfə “Qarabağ”ı məğlub etməyi bacarıb və turnir cədvəlində iki pillə irəliləyib. Sensasiyalı nəticə eyni zamanda “Qarabağ”ın cari mövsümdə ilk məğlubiyyəti olub.

VIII turdan sonra turnir cədvəlində ikihakimiyyətlilik hökm sürür. Çünki turu itkisiz başa vuran “Neftçi” ağdamlılarla xal fərqini aradan qaldırıb.

Qeyd edək ki, bu turda “Sabah” “Sumqayıt”ı (3:0), “Neftçi” “Zirə”ni (2:1) evdə, “Qəbələ” isə “Keşlə”ni (3:2) səfərdə məğlub edib.

Azərbaycan Premyer Liqası
VIII tur
25 oktyabr (bazar ertəsi)
19:00. “Səbail” – “Qarabağ” - 3:1
Qollar: 
Nikolas Raysel, 32, Mirsayib Abbasov, 42, Turan Manafov, 90+1 - Kadi Borqes, 65
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov. 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Qarabağ”: 12. Emil Balayev. 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“ASCO Arena”

1

Qarabağ

8

5

2

1

14-7

17

2

Neftçi

8

5

2

1

16-9

17

3

Qəbələ

8

4

3

1

15-8

15

4

Zirə

8

3

3

2

10-8

12

5

Səbail

8

3

0

5

8-16

9

6

Sumqayıt

8

2

2

4

5-8

8

7

Keşlə

8

2

1

5

8-14

7

8

Sabah

8

1

1

6

6-12

4

Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 4 qol