18:52 24-10-2021
news_image
670
FUTBOL

Namik Ələskərovdan “Bursaspor”da “siftə”

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov “Bursaspor”un heyətində “siftə” edib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu yayda keçdiyi komandanın heyətində ilk qolunu vurub.

Bu, Türkiyə TFF I Liqasının X turunda autsayder “Balıkesirspor”la səfər matçına təsadüf edib. Start heyətində meydana daxil olan Ələskərov 29-cu dəqiqədə hesabı açıb. Bursalılar matçın sonuna yaxın daha bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Həmyerlimiz 88-ci dəqiqədə əvəzlənib.

Qələbə sayəsində xal ehtiyatını 11-ə çatdıran “Bursaspor” turnir cədvəlində 10-cu yerə yüksəlib.