20:13 24-10-2021
news_image
452
FUTBOL

“Real” “Barselona”nı məğlub etdi - “El Klasiko”larda 99-cu qələbə

İspaniya La Liqasında X tur davam edir.

Apasport.az saytının məlumatına görə, mərkəzi oyunda “Barselona” ilə “Real” üz-üzə gəlib.

Tarixin 247-ci “El Klasiko”su “Nou Kamp”da baş tutub. Qarşılaşmanı “Real” aktivinə yazıb. Əvvəlcə David Alaba 32-ci dəqiqədə hesabı açıb. 90+4-cü dəqiqədə isə Lukas Vaskes fərqi artırıb. Serxio Aqueorunun 90+7-ci dəqiqədəki qolu isə təsəlli topu olub. Səfərdə əzəli rəqibini 2:1 hesabı ilə üstələyən “kral klubu” “El Klasiko”larda ümumi qələbə sayını 99-a çatdırıb.

Bununla aktivindəki xalların sayını 20-yə çatdıran Karlo Ançelottinin yetirmələri turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 15 xalla 8-ci yerdə qərarlaşıb.