00:00 25-10-2021
news_image
182
FUTBOL

Salah “Liverpul”un tarixinə düşdü

İngiltərə Premyer Liqasının IX turu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, misirli forvard “Mançester Yunayted”lə səfər oyununda tarixi rekorda imza atıb.

Komandasının 5:0 hesablı səfər qələbəsinin memarı olan Salah het-triklə yadda qalıb. Bununla o, “Liverpul” tarixinin bütün turnirlərdə ardıcıl 10 oyunda qol vuran ilk futbolçusu olub.

Qeyd edək ki, Məhəmməd Salah hazırda Premyer Liqada 10 qolla bombardirlər yarışına başçılıq edir. “Qırmızılar”ın liderinin aktivində 5 assist də var.