22:01 24-10-2021
news_image
190
FUTBOL

“Roma” - “Napoli” oyunda qol olmadı - Mourinyo qovuldu

İtaliya A seriyasında IX turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, turnir cədvəli baxımından turun mərkəzi matçı Romada baş tutub.

Şəhərin eyniadlı komandası digər iddialı komanda “Napoli”ni qəbul edib. Roma Olimpiya Stadionunda keçirilən və “Roma”nın baş məşqçisi Joze Mourinyonun 82-ci dəqiqədə qırmızı vərəqə alaraq texniki zonadan qovulduğu görüşdə qol səsi çıxmayıb. Neapollular 0:0 hesablı bərabərlik sayəsində bir gün əvvəl qələbə qazanan “Milan”ın liderliyi ələ keçirməsinə imkan verməyib.

Hazırda hər iki komandanın aktivində 25 xal var. Top fərqi daha üstün olan “Napoli” turnir cədvəlinə başçılıq edir. “Roma” isə 16 xalla 4-cü pillədə qərarlaşır.