23:54 24-10-2021
news_image
1299
FUTBOL

Mahir Emrelinin komandası darmadağın oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvardın komandası “Legiya” XII turda səfər matçına çıxıb.

Varşava təmsilçisi Qlivitsedə “Pyast”ın qonağı olub. Çempionatda uğursuz çıxışını davam etdirən “Legiya” 10-cu matçda 7-ci məğlubiyyətini alıb. Emrelinin 90 dəqiqəni əvəz edilmədən keçirdiyi qarşılaşmada ev sahibləri 4:1 hesablı qələbəyə sevinib. Son çempionun yeganə qoluna 21-ci dəqiqədə Ernest Muci imza atıb.

Hazırda aktivində 9 xal olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.