00:48 25-10-2021
news_image

Boksçularımızın dünya çempionatında ilk rəqibləri dəqiqləşdi

Serbiyanın paytaxtı Belqradda boks üzrə keçiriləcək dünya çempionatının püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, oktyabrın 25-dən noyabrın 6-dək davam edəcək mindialda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub. 

Komandamızın heyətində ilk olaraq rinqə Ümid Rüstəmov çıxacaq. O, kubalı boksçu ilə üz-üzə gələcək. 

İlk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu mübarizə aparacaq. 2,6 milyon dollar mükafatı fondu olan mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq. Qaliblərə həmçinin kəmərlər də təqdim ediləcək.

25 oktyabr
57 kq
1/32 final

Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)

26 oktyabr 
51 kq
1/16 final

Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)

63,5 kq
1/32 final

Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

92 kq 
1/32 final

Rauf Rəhimov – Luis Uilliams (İngiltərə)

27 oktyabr 
60 kq
1/32 final

Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti)

86 kq
1/16 final

Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)

28 oktyabr
+92 kq
1/16 final

Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

29 oktyabr
71 kq
1/16 final

Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya)

30 oktyabr
75 kq
1/16 final

Mirşərif Kazımzadə - Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan)