09:00 25-10-2021
news_image
119
FUTBOL

Azərbaycan çempionu avrokubok matçları öncəsi kapitansız qaldı

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” səfərə itki ilə yollanacaq.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək mərhələnin qarşılaşmalarında komanda yoldaşlarına kömək edə bilməyəcək.

Buna səbəb onun zədəli olmasıdır. Bunu nəzərə alan klub rəhbərliyi təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək. Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankivskdə “Araz-Naxçıvan”a kömək edəcək.

“Araz-Naxçıvan”ın səfərə aparacağı futzalçılar bunlardır:
Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov
Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borqes.

Qeyd edək ki, “Araz-Naxçıvan” oktyabrın 26-da Bakı-İstanbul-Lvov hava reysi ilə səfərə çıxacaq, Lvovdan isə avtobusla İvano Frankivskiyə yollanacaq.