09:37 25-10-2021
news_image
149
FUTBOL

“Qızıl top”un favoriti açıqlandı

İspaniyanın “Marca” nəşri “Qızıl top” uğrunda mübarizədə favoriti müəyyən etmək üçün oxucularla sorğu keçirib.

Apasport.az saytının məlumatına görə, azarkeşlər PSJ-nin hücumçusu Lionel Messinin bu titulun favoriti hesab edir.

Respondentlərin 34 faizi Argentina millisinin kapitanına səs verib. İkinci yerdə “Real”ın hücumçusu Kərim Benzema qərarlaşıb – 26 faiz. İlk “üçlüy”ü isə 11 faizlə “Bavariya”nın polşalı forvardı Robert Levandovski qapayıb.

Qeyd edək ki, Lionel Messi 2021-ci ildə “Barselona”, PSJ və Argentina millisinin heyətində 48 oyunda 40 qol vurub, 14 məhsuldar ötürmə edib.