10:29 25-10-2021
news_image
92
FUTBOL

156 günə 1 qələbə qazanan komanda - “Sabah”

2021/22 mövsümündə məğlubiyyətləri sıralayan “Sabah” qələbə həsrətinə Premyer Liqanınn II dövrəsinin ilk turunda son qoyub.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi tilsimi iki gün əvvəl “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub etməklə qırıb.

Rəqib komandanın uzun müddət meydanda azlıqda qalmasından yararlanan “Sabah” 5 aylıq fasilədən sonra qalibiyyətə sevinib. Bakılılar buna qədər sonuncu dəfə ötən mövsümün axırıncı turunda “Zirə” ilə formal xarakterli matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu isə mayın 19-na təsadüf edib. Beləliklə, “Sabah” 156 gündən sonra meydanı başıyuxarı tərk edə bilib.

Qeyd edək ki, hazırda 4 xalla son pillədə qərarlaşan “Sabah” 9-cu turda oktyabrın 31-də səfərdə “Qəbələ” ilə qarşılaşacaq.