11:05 25-10-2021
news_image
617
FUTBOL

“Sabah”ın müqavilə imzalayacağı əcnəbi baş məşqçinin adı bilindi

“Krasnodar”ın sabiq baş məşqçisi Murad Musayevin Azərbaycanda çalışıb-çalışmayacağı bu gün tamamilə dəqiqləşəcək.

Apasport.az saytının məlumatına görə, iki gün öncə Bakıya gələn rusiyalı mütəxəssis “Sabah”ın təmsilçiləri ilə görüşüb, klubun Masazırda yerləşən bazasıyla tanış olub. 

Yaradılan şəraitdən və ümumi məqsədlərdən razı qalan məşqçinin bu gün daha üst səviyyədə qəbul edilməsi nəzərdə tutulur. Burada isə onunla yaxın gələcək kontekstində hərtərəfli danışıqlar aparılacaq.

Apreldə sonuncu iş yerindən ayrılan Musayev “Sabah”da uzun müddət qalmaq niyyətindədir. Pro kateqoriyalı çalışdırıcı 3 illik (2+1) müqavilə imzalamaq arzusundadır.

Onun digər bir niyyəti qış fasiləsində transfer büdcəsinin ayrılmasına nail olmaq, həmçinin əsas heyətdə düşünmədiyi bəzi legionerləri yola salmaqdır (sportinfo.az).