12:56 25-10-2021
news_image
194
FUTBOL

Namik Ələskərov: “İlk qolu vurduğumdan, hər şey daha yaxşı olacaq”

“Qələbə qazandığımız üçün çox xoşbəxtik. Ardıcıl qələbə seriyasını davam etdirmək istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Bursaspor”un azərbaycanlı futbolçusu Namik Ələskərov Türkiyə TFF I Liqasında “Balıkesirspor”la keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 2:0 hesablı qələbəsinə hesabı açmaqla töhfə verən 26 yaşlı hücumçu təəssüratlarını yerli mətbuatla bölüşüb. “Bursaspor”da “siftə” edən Namik bundan sonrakı dönəmin onun üçün daha asan keçəcəyini düşünür: “Uyğunlaşma dönəmi artıq geridə qaldı. Uzun müddətdir buradayam. İlk qolu vurduğumdan, bundan sonra mənim üçün hər şey daha yaxşı olacaq. Çempionata uğursuz başlamışdıq. İndi daha yaxşı durumdayıq. Bundan sonra daha uğurlu nəticələr qazanacağımıza inanıram”.

Qeyd edək ki, 10 turdan sonra “Bursaspor” 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.