13:44 25-10-2021
news_image
257
FUTBOL

Ruslan Qurbanov: “Zirə”də kimdənsə zəif olduğumu görmədim”

“Slaviya”dan əvvəl “Zirə”də niyə az şans əldə etdiyimi baş məşqçidən soruşsanız yaxşı olar”.

Bunu apasport.az saytına açıqlamasında Belarusda “Slaviya” klubunun formasını geyinən Ruslan Qurbanov “Zirə”də yaşadığı çətinliklərdən danışarkən deyib.

Ötən mövsüm “Zirə”də çıxış edən 30 yaşlı yarımmüdafiəçi orada çox şans əldə edə bilməməsinin səbəbini baş məşqçi Rəşad Sadıqovun daha yaxşı bildiyini söyləyib: “Fikrimcə, bunun səbəbini baş məşqçi məndən yaxşı bilir. Özüm də səbəbini hələ başa düşə bilmirəm. “Zirə”də kimdənsə zəif olduğumu görmədim”.

Qeyd edək ki, Ruslan Qurbanov 2020/21 mövsümündə “Zirə”nin heyətində Premyer Liqada 15 oyun (604 dəqiqə) keçirib, 1 qola imza atıb.