14:31 25-10-2021
news_image
108
FUTBOL

Premyer Liqada 200-ə çatan 10-cu qapıçı

Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçının yubileyi Premyer Liqanın VIII turunun “Sabah” – “Sumqayıt” matçına (3:0) təsadüf edib.

“Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb.

Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.

1. Fərhad Vəliyev - 282
2. Rauf Mehdiyev - 271
3. Cahangir Həsənzadə - 268
4. Anar Nəzirov - 260
5. Nizami Sadıqov - 247
6. Kamran Ağayev - 235
7. Hüseyn Məhəmmədov - 227
8. Nadir Şükürov - 219
9. Elxan Həsənov – 203
10. Səlahət Ağayev - 200