17:02 25-10-2021
news_image
181
FUTBOL

127 illik rəqabətdə “Liverpul”un “Mançester Yunayted” üzərində darmadağınları

Böyük maraqla gözlənilən “Mançester Yunayted” – “Liverpul” matçı bol qollu keçsə də, azarkeşlər tam zövq ala bilmədilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb qonaqların səfərdə 5 cavabsız qolla qalib gəlməsi oldu.

Bu hesab İngiltərənin ən böyük oyunu sayılan əzəli rəqiblərin duellərində “Liverpul”un ən böyük fərqlə qalib gəldiyi görüş deyil. 28 aprel 1894-cü ildə başlayan 127 illik tarixi rəqabətdə “qırmızılar”ın indiyə qədər rəqibi üzərində qazandığı ən böyükhesablı qələbələri diqqətinizə çatdırırıq.

“Liverpul” – “Mançester Yunayted” – 7:1
12 oktyabr 1895-ci il

“Liverpul” – “Mançester Yunayted” – 5:0
19 sentyabr 1925-ci il

“Mançester Yunayted” – “Liverpul” – 0:5
24 oktyabr 2021-ci il

“Liverpul” – “Mançester Yunayted” – 4:0
22 aprel 1905-ci il

“Liverpul” – “Mançester Yunayted” – 4:0
16 sentyabr 1990-cı il