00:28 26-10-2021
news_image
160
FUTBOL

Futbolçular Sulşeri istəmir

“Mançester Yunayted” baş məşqçisi Ole-Qunnar Sulşerlə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XI turunda “Liverpul”a biabırçı məğlubiyyətdən sonra norveçli mütəxəssis futbolçuların inamını da itirib.

“Old Trafford”da 0:5 hesablı yenilgidən sonra əksər aparıcı oyunçular çalışdırıcının komandada qalmasını istəmir. Futbolçular çıxış yolunu baş məşqçi dəyişikliyində görür. “Mançester Yunayted” rəhbərliyi də yaxın günlərdə məsələni müzakirə etmək üçün bir araya gələcək. Həmin iclasda baş məşqçi ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 14 xalla 7-ci pillədə qərarlaşır.