20:27 25-10-2021
news_image
197
FUTBOL

Mahir Emrelinin komandasında baş məşqçi dəyişikliyi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" baş məşqçisi Çeslav Mixneviçlə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. 

Buna “Legiya”nın Polşa çempionatında uğursuz çıxışı səbəb olub. Mixneviçin səlahiyyətləri əvəzedici komandada çalışan Marek Qolebiyevskiyə həvalə edilib. 

Qeyd edək ki, “Legiya” Polşa çempionatında 10 oyundan sonra 18 komanda arasında 15-ci pillədədir. Onların aktivində 9 xalı var.