23:34 25-10-2021
news_image

Boksçumuz kubalı rəqibinə məğlub oldu

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatına start verilib. 

Apasport.az saytının məlumatına görə, mundialın ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb. 

Ümid Rüstəmov (57 kq) 1/32 final çərçivəsində kubalı Osvel Kaballero Qarsia (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan yığması 9 boksçu ilə yollanıb. Mundialın ikinci günündə millimizin heyətində Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Malik Həsənov (63,5) Xuan Reyes Donislə (Qvatemala) və Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.