09:00 26-10-2021
news_image
79
FUTBOL

Maradonanın ölümünə səbəb nə olub? - vəkildən ittiham

Tibbi xidmətin zəif olması əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünə səbəb olub.

Apasport.az saytının məlumatına görə, bu sözləri mərhum argentinalının vəkili Matias Morla şahid qismində ifadə verdikdən sonra deyib.

Morla prokurorlarla görüşdən sonra jurnalistlərə açıqlamasında tibbi yardımın dəhşətli olduğunu, məhz buna görə Maradonanın öldüyünü söyləyib: “Maradonanın ölümündən 3 həftə əvvəl əməliyyat olunduğu xəstəxanadan evə buraxmaq tövsiyə edilməyib. Lakin sabiq futbolçunun yaxınları onu Buenos-Ayres ətrafında evə aparmaq qərarına gəliblər. Tibb işçiləri həmin vaxt onu evdə nəzarətdə saxlayırdılar”.

Vəkil Maradonanı sonuncu dəfə ötən il noyabrın 16-da gördüyünü vurğulayıb: “Çox qəribə robot səsi var idi”.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Ölüm səbəbi ürək çatışmazlığı olub. Argentina prokurorları Maradonanın həkimlərinin mümkün səhlənkarlığını araşdırır.