09:21 26-10-2021
news_image
112
FUTBOL

Babayi və Nərimancahan “Traktor”a qələbə qazandırdı

İran çempionatında II turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, “Traktor” mövsümdə ilk qələbəsini qazanıb.

“Sanat Neft”i qəbul edən Təbriz klubu rəqibini 3:0 hesablı darmadağına məruz qoyub. Maraqlıdır ki, qollara vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçular imza atıb. Sabiq “Sumqayıt”lı Peyman Babayi 9 və 86-cı dəqiqələrdə fərqlənərək dubl edib. Qarşılaşmada son nöqtəni isə 90+4-cü dəqiqədə ölkəmizdə “Neftçi”nin şərəfini qorumuş Saman Nərimancahan qoyub.

İki turdan sonra aktivində 3 xal olan “Traktor” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.